adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 May 2020 18:23
9559
GÜNDƏM
A- A+

Türk dünyasının ortaq televiziyası yaradılır

"İlkin olaraq Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanda nümayəndiliklər yaradılacaq

Türk dünyasının ortaq televiziyası yaradılacaq. Bu barədə Adalet.az-a "Global Journalism Council” təşkilatının Beynəlxalq məsələlər üzrə sədr müavini Elşad Eyvazlı məlumat verib.

O, televiziyanın yaxın vaxtlarda fəaliyyətə başlayacağını bildirib. E.Eyvazlının sözlərinə görə, bununla bağlı türkdilli ölkələrin jurnalistləri ilə müzakirələr aparılıb: "İlkin olaraq Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanda nümayəndiliklər yaradılacaq. Fəaliyyət istiqamətində siyasi məsələlər olmayacaq”.

Televiziyaya kimin rəhbərlik edəcəyinə gəlincə, E.Eyvazlı qeyd edib ki, bu məsələlər onun özünə həvalə olunub.