adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 May 2020 18:00
15731
İDMAN
A- A+

“Real” onları satmağa qərar verdi – Siyahı

"Real” rəhbərliyi və məşqçilər heyəti bu yay heyətdə bir neçə yenilik etməklə bağlı razılığa gəlib.

Qol.az "AS” nəşrinə istinadən yazır ki, madridlilər yeni futbolçu almazdan əvvəl 4 oyunçusunu satmaq fikrindədir. Yayda Xames Qodriqes, Mariano Dias, Lukas Vaskes və Qaret Beylin satılmasına qərar verilib. Klub Luka Modriç və Marseloya isə karyeralarının harada davam etdirmək üçün özlərinin qərar verməsini təklif edəcək.

Bildirilir ki, "Real” icarədə olan Martoin Edoqorla Aşraf Hakimini qaytarmaq fikrindədir.