adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 May 2020 13:44
22160
ELM VƏ TƏHSİL
A- A+

ADU-nun yataqxanasında yaşayan tələbələr kirayə ödənişindən azad olunub

Koronavirus pandemiyası ilə əlaqədar olaraq mart ayından etibarən ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində dərslər təxirə salınıb, tələbələrin əksəriyyəti yaşadıqları rayonlara qayıdıb.

Adalet.az-ın məlumatına görə, bununla əlaqədar olaraq Azərbaycan Dillər Universitetinin rektoru, akademik, xalq yazıçısı Kamal Abdullanın qərarına əsasən ADU-nun 2 saylı qızlar yataqxanasında yaşayan tələbələr pandemiya ilə əlaqədar olaraq mart, aprel və may ayları üçün kirayə ödənişlərindən azad olunublar.