adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 May 2020 22:24
18456
DÜNYA
A- A+

Boris Conson oğluna onu müalicə edən həkimlərin adını qoyub

Böyük Britaniyanın Baş naziri Boris Conson bu yaxınlarda dünyaya gələn oğluna özünün və xanımının babasının, həmçinin onu COVID-19 xəstəliyindən müalicə edən həkimlərin adını qoyub.

Bu barədə Consonun xanımı Kerri Simonds sosial şəbəkədə məlumat verib. O bildirib ki, oğlunun adını Uilfred Louri Nikolas qoyublar. O, Boris Consonun babasının adının Uilfred, öz babasının adının Louri, ötən ay ərinin həyatını xilas edən hər iki həkimin adının isə Nikolas olduğunu bildirib.

Qeyd edək ki, Boris Conson aprel ayında koronavirus infeksiyasına yoluxmuşdu. Vəziyyəti ağır olduğu üçün reanimasiyaya belə yerləşdirilmişdi. Hazırda isə o, sağalaraq işinə qayıdıb.