adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 May 2020 21:02
38208
KRİMİNAL
A- A+

Bakıda avtomobilin qeydiyyat nişanlarını oğurlayanlar saxlanılıb

Bakıda avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyevə məxsus "VAZ-2101" markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Yusifov və R.Məmmədov saxlanılıblar.