adalet.az header logo
  • Bakı 13°C

Hidayət ELVÜSAL: DƏDƏ ŞƏMŞİR OCAĞI...

HİDAYƏT ELVÜSAL
106571 | 2020-05-04 09:20
Azərbaycanın bölgələri müqəddəs insanlarla, yəni ağır seyidlərlə, pirlərlə, ocaqlarla tanınır. Kəlbəcər DƏDƏ ŞƏMŞİR AİLƏSİ İLƏ, OCAĞI İLƏ tanınıb. Tərtəmiz həyatı, sənəti, hətta vücudu ilə müqəddəs bilinən Şəmşir kişinin ocağına kim üz tutmayıb? Böyük Səməd Vurğundan tutmuş Məmməd Araza, Zəlimxan Yaquba, Əli Vəliyevə, Səyavuş Sərxana...kimi az qala bütün Azərbaycan məşhurları, söz adamları onun görüşünə gəlib.

Bu ocaq Kəlbəcər camaatı ücün müqəddəs ünvan olub.Bu ailənin bütün üzvləri yalnız xeyirxahlıq ediblər. Təsəvvür edin, Şəmşir kişi o qədər müqəddəs olub ki, camaat onu uşaq məzarlığında, yəni günahsızlar arasında dəfn eləyib. Məmməd Aslan sağlığında o məzarlığı həmişə yad edərdi.
Kəlbəcərdə məhz Şəmşir kişinin təsiri ilə Bəhmən,Ənvər,Məmməd, Cücaət, Adil, Abbas,Şamil, Mehdixan,Yusif, Elşən, Ələmdar...yüzlərlə qələm əhli yetişib.

Bütün bu və başqa məziyyətlərinə görə DƏDƏ ŞƏMŞİR ÜNVANI MÜQƏDDƏS OCAQ kimi tanınıb. O ocağa, o ocağın hər hansı üzvünə qara yaxmaq, ünvanına xoşagəlməz söz söyləmək, hərəkət etmək namərdlik, nakişiluk, alçaqlıq sayılıb. Ermənilər bu ocağa zülm ediblər- ERMƏNİIƏR yəni KAFİRLƏR. Camaatı qoca,qadın, uşaq demədən qırıb, kəndə , Ağdabana od vurublar,insanları diri-diri o odda yandırıblar. Qəsdən, müqəddəs olduğunu bilə-bilə. Azərbaycan xalqının sinəsinə dağ çəkmək niyyəti ilə. Sən demə...



Dədə Şəmşirin qızını, ciyərparasını namərdcəsinə pusqu quraraq qətlə yetirən ermənilərin əməllərini başqa cür davam etdirən kafir, şərəfsiz, namərd, nankor biqeyrətlər də varmış . O müqəddəs ocağa ləkə yaxmağa çalışan...( əgər bu yazıda söhbət o müqəddəs ocaqdan getməsəydi, söyüş arsenalımdan gen-bol istifadə edərdim ) gədə-güdələr varmış. O ocağın insanına küfr etmək bütün kəlbəcərlilərin ünvanına yönəlmiş qəsddir.Ay... ora-bura qaçıb, bizə hürməyin, kişiliyiniz varsa buralarda söyləyin. Ermənilərin kölgəsində yallanıb zingildəməyin.

Unutmayın,nə qələt qırsanız da o OCAQ müqəddəsliyini itirməz, əksinə inancımızı daha da artırır və..
İnanın - günlərin birində cəzanızı alacaqsınız - ya yaradandan, ya dövlətdən, ya da millətdən.
Siz uzaqda olsanız da , o gün uzaqda deyil !!!

TƏQVİM / ARXİV