adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 May 2020 10:24
13320
GÜNDƏM
A- A+

İLHAM XALQDIR – XALQ İLHAM!

Möhtərəm cənab Prezident!

Neçə müddətdir ki, bəşəriyyət koronavirus pandemiyasının yaratdığı problemlərlə, böhranlarla mücadilə edir. Pandemiyanın fəsadları inkişaf etmiş dövlətləri belə, dəhşətli vəziyyətə salmışdır. Bütün dövlətlər, bəziləri çox, bəziləri az, bu fəlakətdən ziyan çəkmişlər, təəssüflər olsun ki, vəziyyətin gərginliyi hələ də davam etməkdədir. Nə yazıq ki, bu təhlükəli infeksiya Azərbaycanımızdan da yan keçmədi.

Mədəniyyət sahəsinin nümayəndəsi olaraq, dərindən sezdiyim, çox vacib – həssas mətləblərim həqiqətlərini fərəhlə bəyan edirəm ki, belə bir fövqəladə vəziyyətdə, siyasətin incə tellərini hər zaman öz əllərində səlis bacarıqla cilovlayan uzaqgörən siyasətçi kimi, hadisələrin axarını dəqiq və düzgün təhlil edərək, önləyici tədbirlərin sistemli şəkildə, zamanında həyata keçirilməsi üçün nəzarəti öz üzərində saxlamaqla, Siz, ölkə Prezidenti kimi, ən əsası da odur ki, öncəliklə bir azərbaycanlı və bir insan – İlham Əliyev olaraq Azərbaycan xalqının qayğısını bütün varlığınızla çəkir, öz əzmkar və çevik fəaliyyətinizlə yorulmadan çalışaraq, can yanğınızı ümummilli liderlik miqyasında nümayiş etdirirsiniz.Sevindirici hal odur ki, qəbul etdiyiniz düzgün qərarlarla yerinə yetirilən bütün tapşırıqlar əsasında görülən çevik, çoxşaxəli təcili tədbirlər, koronarivus bəlasının Azərbaycanda geniş yayılmasının qarşısını aldı. Bütün dünyada pandemiya ilə bağlı vəziyyətin hər gün gərginləşməsinə rəğmən, xəstəliyin Azərbaycanda geniş yayılmaması üçün həyata keçirilən, Dünya səhiyyə təşkilatının rəhbərinin də etiraf etdiyi kimi, nümunəyə çevriləm mübarizə metodlarınız və qabaqlayıcı mükəmməl tədbirləriniz vəziyyətin normallaşmasına çox yüksək səviyyədə öz töhfəsini verir. Bütün çətinliklərə və iqtisadiyatda yaranmış gərginliyə baxmayaraq, vətəndaşların sağlamlığını düşünərək, zəruri addımların atılması, insanların sosial rifahının təmin olunması istiqamətində gördüyünüz işlər, bütün dəyərlərdən İnsan meyyarını üstün tutmanız və bütün sahələri İnsanın qorunmasına istiqamətləndirməniz, təkcə dövlət rəhbəri olaraq vəzifə səlahiyyətlərinin yerinə yetirilməsini deyil, əsasən xalqına, millətinə böyük sevginin təzahürünü ifadə edir. Bütün bunlar, ölkəmizdə bu yoluxucu xəstəliyə qarşı ciddi mübarəzənin aparılması, ilk növbədə bir İNSAN olaraq, ölkə rəhbərinin, əhalinin sağlamlığının qorunmasına, ümunən insan amilinə verilən yüksək dəyərin bariz nümunəsidir. Siz, gündəlik çoxşaxəli fəaliyyət prinsiplərinizlə, sözün əsl mənasında hər bir azərbaycanlının prezidenti olduğunuzu səmimiyyətiniz və can yanğınızla, mübaliğəsiz olaraq, hər an, sövq-təbii nümunə miqyasına yüksəldirsiniz! Önəmli olan və yalnız xalqımıza nəsib olan mehribançılıq modelinin əsas cəhətlərini özündə cəmləşdirmiş, hər çətin gündə daima Sizinlə yanaşı dayanan, çiyin-çiyinə xalqımıza məhəbbətlə xidmət edərək diqqət və qayğısını əsirgəməyən Birinci vitse-prezident Mehriban xanım Əliyeva da hər bir Azərbaycan vətəndaşına ürək dolusu canyanğısını əsirgəmir və xalqımız da bu tandemin fenomen alicənablığını görür və yüksək dəyərləndirir.

Hər gün, ardıcıl olaraq müxtəlif təbəqələrin nümayəndələrinin ünvanınıza söylədiyi və yazdığı saysız-hesabsız təşəkkür və minnətdarlıq duyğularını ifadə edən səmimi məktublar deyilənlərin aydın mənzərəsinin əksidir.



Möhtərəm cənab Prezident, bir insan və vətəndaş olaraq məni fərəhləndirən odur ki, görünən mənzərə, əziz həmvətənlərimizin – bütün dünya azərbaycanlılarının öz müdrik liderinə sonsuz məhəbbətini, Sizin ətrafınızda sıx birlik nümunəsini təcəssüm etdirir və bu mənzərə böyük inamla göstərir ki, bizim birliyimizi heç bir xarici və daxili müdaxilələr sarsıda və qıra bilməz!

Nəzərə alsaq ki, dar gündə hər bir insanın bütün məziyyətləri parlaq şəkildə üzə çıxır, COVİD-19 Pandemiyyasının ağır bəlalarından xalqımızı xilas etmək üçün can-dildən göstərdiyiniz mücadilələr Sizin əvəzsiz lider olduğunuzu və xalqına sonsuz sevgi ilə bağlı olan böyük Öndər olduğunuzu canlandırır. Xalqımız uğrunda verdiyiniz bütün əməklərə görə, sönməz, xalqımıza olan sonsuz sevginiz üçün kollektivimiz adından Zati-alinizə dərin minnətdarlığımızı və ehtiramımızı ifadə etməkdən fərəh hissi keçiririk. Siz xalqımızın hər bir nümayəndəsi üçün əziz və dəyərlisiniz! İrəvan teatrının kollektivinin yaşayıb-yaratması, inkişaf və intibah etməsi üçün də daima qayğı göstərirsiniz. Biz də Sizə hər zaman sədaqətlə bağlıyıq. Bunu, bütün fəaliyyətimiz, repertuarımızda yer tutan əsərlərimiz, daxildə və xaricdə təmsil olunduğumuz səfərlərimiz və ictimai fəaliyyətimizlə sübut etməyə çalışmışıq. Həmişə var olun! İrəvan teatrına həmişə qayğı göstərmiş Ulu Öndərimiz böyük Heydər Əliyevin ruhu qarşısında daima sayğı duruşunda dayanan kollektivimiz Sizin varlığınızdan qürur hissi keçirir.

Bu tarixi gerçəklikdə, xalqımızın düşdüyü ağır zamanda, bu sınaq təlatümündə parlaq şəkildə sezilən mühüm bir amilin həqiqətlərini – Xalqımızın birliyini, bütövlüyünü, dövlətçiliyimizə sədaqətin miqyasını, Zati-alinizə məhəbbətin hüdudsuzluğunu isbat edən nümunəsini yüksək emosiyalarla, sənət kollektivi olaraq, fərəf və qürur hissləri ilə, bir səslə səslənirik:

İlham xalqdır – Xalq İlham

fəlsəfəsi canlanır!

Sönməyən atəş kimi,

hər zaman alovlanır!

Dərin hörmət və ehtiramla,

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi adından sənətşünaslıq üzrə fəlsəfə doktoru,əməkdar mədəniyyət işçisi İftixar Piriyev