adalet.az header logo
  • Bakı 19°C
01 May 2020 22:36
16349
İDMAN
A- A+

A Seriyasının bütün klubları çempionatın davamını istəyir

İtaliya A Seriyasında çıxış edən 20 klubun hamısı koronavirus pandemiyasına görə dayandırılan çempionatın bərpa olunmasını istəyir.

Qol.az "Footbal Italia”ya istinadən xəbər verir ki,A Seriyasınınyayım hüququ məsələsinin həllinə həsr olunmuş bugünkü liqa toplantısında bütün klublar çempionatın davam etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Qeyd edək ki, İtaliyada mayın 4-dən futbolçuların fərdi, 18-dən isə qrup şəklində məşq etməsinə icazə verilib.