SƏS

İRADƏ TUNCAY
51809 | 2007-07-09 15:18

Hər şey ardıcıllıqla baş verir. İyun ayının əvvəlində jurnalist dostum Nadir Bədəlov deyir ki, ANS-də yayımlanan "Naməlum məşhurlar" layihəsində Məmməd Arazı xatırlamaq istəyirlər. Təbii, məmnun oluram. Pulun Tanrıya döndüyü bir zamanda şairi yada salmaq özü də bir hünərdi -deyə düşünürəm. Elə bu hisslə də evdən əlimdə olan kasetləri toplayıb çağırılan vaxtda verilişin rejissoru Xəyyam Abdullayevlə görüşürəm. Məni çəkirlər və söhbətimdə Mikayıl Mirzəni anıram. Çəkiliş bitir, özlüyümdə fikirləşirəm ki, iyul ayının əvvəlində vəfatının ildönümüdü. Veriliş efirə gedəndən sonra yaddaşına arxalandığım Zəlimxan Yaquba zəng edirəm, il nə vaxtdı -deyə soruşuram, oldu-keçdi- deyir. Keçdi? Mən niyə bu ayları qarışdırdım? Həmin gün Mikayıl Mirzənin oğlu Mətin Mirzə telefon açır və ondan da dəqiq tarixi soruşuram. İyunun 3-ü deyir. Demək il keçib. Nə vaxtsa onun dilindən səslənən şeri xatırlayıram:
   

   
   Eh, dünən incəldi qəlbimiz yuxa kimi,
   
   Biz dünən bir ili qatladıq sovxa kimi.
   
   

TƏQVİM / ARXİV