adalet.az header logo
  • Bakı 21°C
01 May 2020 19:10
15014
İDMAN
A- A+

İsveçrə dünya çempionatını təxirə salmaqdan imtina etdi

İsveçrə iqtisadi risklər səbəbindən 2021-ci ildə keçirilməsi nəzərdə tutulan hokkey üzrə dünya çempionatının təxirə salınması fikrindən imtina edib.

Oxu.Azxəbər verir ki, bu barədə mayın 1-də Beynəlxalq Buz Hokkeyi Federasiyasının (IIHF) saytında yayılan məlumatda bildirilir.

İsveçrəbir neçə ildən sonra da dünya çempionatına ev sahibliyi etmək niyyətindədir. Milli Hokkey Federasiyası yaxın gələcəkdə turnir üçün müraciət barədə qərar verməyi planlaşdırır. Hazırda 2025-ci ilə qədər çempionatların keçiriləcəyi yerlər müəyyənləşib.

Təqvimə əsasən, gələn il dünya çempionatı Minskdə və Riqada keçiriləcək.

Qeyd edək ki, hokkey üzrə 2020-ci ilin dünya çempionatı İsveçrənin iki şəhərində - Sürixdə və Lozannada - mayın 8-dən 24-dək keçirilməli idi. Turnir koronavirus pandemiyası səbəbindən ləğv edilib.