adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 May 2020 18:31
35345
İQTİSADİYYAT
A- A+

Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113 milyon manat yığılıb

Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113 milyon manat yığılıb.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, fonda yığılan vəsait hələ xərclənmir: "Növbəti həftə bu vəsaitlərə nəzarət edən Nəzarət Şurasının iclası olacaq. İclasdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Hələ ki, koronavirusla mübarizə tədbirlərinə dövlətin ayırdığı vəsait xərclənir, fondun vəsaitinə toxunulmayıb. Bu vəsaitin şəffaf xərclənməsi barədə koronavirusinfo.az saytında məlumat veriləcək".