adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 May 2020 15:16
9706
GÜNDƏM
A- A+

Azərbaycanda karantin rejiminin yumşaldılması erkən verilmiş qərardır? - RƏSMİ

"Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılmasının tez olub-olmadığının nəticəsini bir müddət sonra görəcəyik”.

Oxu.Azxəbər verir ki, bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

Onun sözlərinə görə, insanlar əvvəlki kimi yaşamağa başlasalar, koronavirusa yoluxma artacaq:

"Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılmasının gec və ya tez olmasını koronavirusa yoluxmanın statistikasına baxaraq görə biləcəyik”.

"Tövsiyəm odur ki, yumşaldılmadan sonra da insanlar sosial məsafəsini qorusun, sanitar-gigiyena qaydalarınariayət etsinlər”, - deyə o qeyd edib.