adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
01 May 2020 14:29
13473
GÜNDƏM
A- A+

Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhədə getdi - FOTO

Preziden­tinköməkçisi – PrezidentAdministra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhər­rəm Əliyev və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev DSX-nın Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən "Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.

DSX-danverilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşı­rıq­larının icra vəziyyəti yoxlanılıb, sərhədçilərin xidməti və yaşayış şə­raitləri nəzərdən keçirilib, sərhəd-döyüş məntəqələrində düşmən ilə təmas xəttində xidmət aparan hərbi qulluqçular ilə görüş keçirilib.

Dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastruk­turunun formalaşdırılması məqsədilə görülən işlərlə tanış olunub, bu məqsədlə aparılan tikintilərə baxış keçirilib.Qa­zax ra­yonunun İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun iştirakı ilə bu isti­qamətdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin qısa müddət ərzində realizəsi məsələləri müzakirə olunub.

"Qazax” əlahiddə sərhəd diviziyasının rəhbər heyəti ilə xidməti mü­şavirə keçirilib, hərbi hissə və bölmələrin döyüş hazırlığının möh­kəm­ləndirilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlü­kəsizliyinin təmin edilməsi, sərhədçilərin döyüş ruhunun daha da yük­səldilməsi istiqamətində zəruri tapşırıqlar verilib.