adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 May 2020 12:57
7313
GÜNDƏM
A- A+

Elman Rüstəmov “AmrahBank”ın işçilərinin etirazından danışdı: “Emosional xarakter daşıyır”

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov "AmrahBank”ın işçilərinin maaşlarını ala bilmədiklərinə görə etiraz etmələrinə münasibət bildirib.

 E.Rüstəmov bu keçirdiyi mətbuat konfrasında bildirib ki, "AmrahBank”ın əməkdaşlarının maaşlarının ödənilməsi ilə bağlı göstəriş verilib:

"Bankın işçilərinin etirazı emosional xarakter daşıyır. Biz onları başa düşürük. Çünki iş yerlərini itiriblər. Çox təəssüf edirik. Əməkhaqlarının verilməsi istiqamətində tədbirlər görməyə başladıq. Maaşları veriləcək”.

"Orada ixtisaslı kadrları araşdıracağıq və işlə təmin edilməsinə yardım etməyə çalışacağıq”.