adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
01 May 2020 12:37
36650
KRİMİNAL
A- A+

Ötən gün 29 cinayətin üstü “isti izlər”lə açılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, aprelin 30-da törədilən 29 cinayətin üstü "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.