adalet.az header logo
  • Bakı 19°C
01 May 2020 11:54
10274
GÜNDƏM
A- A+

Rəşad Məcid: Şuşanı yuxuda gördüm...

32 il əvvəl qaldığımız evin səliqəli həyətindəydim. Güllərin, ləklərin yanıyla , daş pillələrlə darvazaya tərəf getdim. Həyətin balaca qapısını açıb daş döşənmiş küçəyə çıxdım. Sağa dönsəm Məsçidin yanından Bazar Meydanına, ordan da Güllü bağa gedə bilərdim. Sol tərəf Vaqifin məqbərəsinə, Cıdır düzünə aparırdı.

Düşündüm , hansı səmtə gedim. Səhərin bu çağı ikisi də əvəzsiz olur.

Sonrası yadımda qalmadı, həyəcan içində ayıldım...