adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 May 2020 10:58
11039
GÜNDƏM
A- A+

Tamam, ya davam? - Kamran Əsədov yazır

Bu gün may ayının 1-idir. Təhsil sistemində sonuncu dəfə elan edilmiş tətilin axırncı günüdür. Mart ayının 3 - dən fəaliyyətinə qadağa qoyulmuş təhsil müəssisələri üçün tətil 2 maya qədər elan edildi. 2 may şənbə gününə təsadüf etdiyi üçün ilk dərs günü 4 may elan olunub.

Bu o deməkdir ki, sabahdan, 2 maydan etibarən hazırlıq kursları və özəltəhsil xidməti göstərən müəssisələr fəaliyyətə başlaya bilər. Amma gərək onların icaze.gov.az - da məlumatları olmalıdır.

Əvvəlki tətillərin bir neçə gün əvvəl elan olduluğunu nəzərə alsaq, bu dəfə tətilin tam şəkildə olmayacağını, mərhələli şəkildə təhsil sistemində açılmanın olacağını güman etmək olar.

Bütün hallarda isə, bu gün Nazirlər Kabineti təhsil sistemi ilə bağlı sonuncu dəfə qərar qəbul etməlidir. Ya 4 maydan hissə - hissə açılır, yada bu tədris ili başa çatdı, bir də növbəti tədris ilində təhsil müəssisələri açılacaq.

Çünki tətilin uzaldılması bir çox insanlara maddi zərər verir. Belə ki, yüz minlərlə yaşamadığı halda kirayə ödəyən tələbələr var. Bir dəfəlik açıqlayın qərarınızı ki, onlar da işini bilsin.

Bundan başqa, ali və orta ixtisas təhsili müəssisələri ikinci semsetr dərs keçməliydi üçün tələbələrə təhsil haqqının geri qaytarılması, və ya növbəti tədris ilində müəyyən hissəsinin güzəşt olunacağını bildirməlidir.

Heç bir təhsil müəssisəsi deyə bilməz ki, distant - online dərs keçib öhdəliyimi yerinə yetirmişəm. Nu təhsilin haqqı aldığınız məbləğ deyil. Ondan 4-5 dəfə ucuzdur.

27 apreldən repetitorların fəaliyyətinə icazə verilib. Artıq küçələrdə abituriyentlər gəzirlər. Deməli, Dövlət İmtahan Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbuluna başlaya bilər. Çünki icazəli hərəkətin müddəti də 3 saata qaldırılıb.

Düşünürəm ki, qəbul və buraxılış imtahanlarında iştirak edəcək şəxslərin sənədləşmə işlərini tamamlanmaq, illlik qiymətləndirməni tamamlamaq üçün ilk növbədə 9-10-11-ci sinifləri cəlb etmək olar.

Bundan başqa 4-cü kurs tələbələrin də dərslərini bərpa etməklə onların da yekun attestasiyasını və qiymətləndirmə sənədlərini hazırlayıb yekun vurmaq olar.

Bu müddətdə virusun əhatə dairəsi genişlənməsə digər pillələri bərpa etmək olar.

Bütün hallarda isə, Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Universitet və Kolleclər mövcud vəziyyət ilə bağlı plan və yol xəritəsini elan etməlidirlər.

Hər kəs narahatdır, hər kəs gözləyir. Hansı addımlar müddətdən asılı olaraq atılacaq, bunu bildirməlidirlər. Yəni dərs başlasa necə başlayacağıq, başlamasa hansı formada kompensasiya olacaq və s.