adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 May 2020 10:32
33369
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: SUS, OTUR...

Daha qapım döyülmür
Gün düşmür pəncərəmə...
Bütün bunlara görə
Allahı dəng eləmə!-
Sus....otur....

Günü günə qaynaq et
Qəlbi dərdə yaylaq et...
Vüsalını bayraq et
Həsrətlə cəng eləmə!-
Sus....otur...

Gecdi umma, ta öyüd
Ömür payını üyüd...
İçində ümid böyüd,
Heç kimə zəng , eləmə!-
Sus...otur!..

Yazı birdi, pozan bir
Mənim kimi ozan - bir...
Olsa da bil, yozan bir!-
Dünyanı çəngələmə -
Sus, otur!