adalet.az header logo
  • Bakı 11°C
30 Aprel 2020 22:34
16113
İDMAN
A- A+

İngiltərə Premyer Liqasının bərpası ilə bağlı yeni vaxt

İngiltərə Premyer Liqası rəhbərliyi klublara mövsümün bərpası ilə bağlı hazırlanan cədvəli göndərib.

Qol.az "The Telegraph"a istinadən xəbər verir ki, cədvələ əsasən, klublara mayın 18-dən etibarən tam hazırlığa başlamağa icazə veriləcək. Matçlar isə iyunun 8-dən bərpa olunacaq.

Bu plan cümə günü planlaşdırılan konfransdan əvvəl klublarla fərdi şəkildə müzakirə ediləcək.

Qeyd edək ki, cədvəl koronavirus səbəbindən məhdudlaşdırıcı tədbirlərin mayın 7-dən etibarən İngiltərədə yumşaldılacağı əsas götürülərək hazırlanıb.

Əlavə edək ki, mayın 9-10-u futbolçuların koronavirus testindən keçirilməsi planlaşdırılır.