adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Aprel 2020 21:29
41239
KRİMİNAL
A- A+

İki yük maşınından 100 cəsəd çıxdı - ABŞ-da

ABŞ-ın Nyu York ştatının Bruklin inzibati rayonunda cənazə evinin qarşısındakı 2 yük maşınında ümumilikdə 100 cəsəd tapılıb.

Axar.azxəbər verir ki, cəsədlərdən gələn pis qoxunun ətrafa yayılmasından sonra sakinlər polisə şikayət edib.

Araşdırma nəticəsində bəlli olub ki, cənazə evində yer olmadığı üçün cəsədlər yük maşınlarına yığılıb.

Yük saxlanan hissədə soyuduğu olmadığına görə cəsədlər çürüməyə başlayıb və pis qoxu ətrafa yayılıb.

Qeyd edək ki, cəsədləri tapılan şəxslərin ölüm səbəbi açıqlanmayıb.