adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Aprel 2020 21:00
11603
GÜNDƏM
A- A+

“Azərpoçt” bir sıra ölkələrə poçt göndərişlərini bərpa edib

"Azərpoçt” MMC daha 16 ölkəyə poçt göndərişlərini bərpa edib.

Adalet.az bu barədə MMC-yə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, uğurlu danışıqlar nəticəsində beynəlxalq poçt daşımaları barədə razılaşma əldə olunub.

Hazırda poçt şöbələrində və "Şəbəkə” xidmət mərkəzlərində 33 ölkəyə beynəlxalq poçt göndərişləri qəbul edilir. Bunlar Almaniya, ABŞ, Avstriya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Çin, Danimarka, Fransa, Gürcüstan, Estoniya, İsrail, İsveç, İsveçrə, İtaliya, İspaniya, Kanada, Koreya, Qazaxıstan, Qırğızıstan, Litva, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya, Sinqapur, Tailand, Türkiyə, Ukrayna və Yaponiyadır.

Digər ölkələrə də poçt göndərişlərinin bərpa olunması üçün danışıqlar aparılır.