adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Aprel 2020 18:54
16395
İDMAN
A- A+

Bu futbolçu harada oynayıbsa, həmin klub dağılıb - Bizim komandada da çıxış edib

2006/2007-ci illər mövsümündə Bakının "İnter” (indiki "Keşlə”) klubunda oynamış litvalı futbolçu Valdas Trakislə bağlı maraqlı statistika üzə çıxıb.

Oxu.Azxəbər verir ki, hazırda Litvanın 19 yaşadək futbolçulardan ibarət millisində və "Miniya” komandasında baş məşqçi işləyən 41 yaşlı sabiq hücumçunun oynadığı klublardan bəziləri sonradan dağılıb və ya peşəkar statusunu itirib.

Bu uğursuz statistikanı menecer Erkin İbrahimov üzə çıxarıb.

* "Kaunas”– 2012-ci ildə fəaliyyətini dayandırıb;

* "Torpedo” (Moskva)– 2008-ci ildə peşəkar statusunu itirib. Hazırda yeni sponsor tapan bu tarixi klub yenidən peşəkar səviyyədə çıxış edir;

* "Kuban”– 1928-ci ildə yaranmış Krasnodar təmsilçisi iki il öncə rəsmən dağılıb;

* "Oryol”– Rusiyanın eyniadlı şəhərini təmsil edən bu klub vaxtilə I divizionda çıxış etsə də, hazırda həvəskar liqa sayılan III divizionda mübarizə aparır;

* "İnter” (Bakı)– Cahangir Hacıyevin həbsindən sonra klubun gələcəyi sual altında idi. Sonradan klub adını "Keşlə”yə dəyişdi. Faktiki olaraq, bu, tam başqa klubdur;

* "Ekranas”– Litvanın 60-ci illərdə təsis olunan bu klubu 2014-cü ildə "futbol qəbiristanlığına köçüb”;

* "Panserraikos”– Yunan klubu da ötən əsrin 60-cı illərində yaradılmışdı. 2016-cı ildən həvəskar səviyyədə çıxış edir;

* "Kruoya”– Bədayaq futbolçunun son klubu. 2016-ci ildə futbol səhnəsindən silinib.

Hələ bu da son deyil! Məşqçi olaraq son illər Trakis "Palanqa” klubunda çalışıb. Ötən ilin sonunda "Palanqa” rəhbərliyi rəsmən bəyan edib ki, maliyyə problemlərinə görə Yüksək Liqada çıxış edə bilməyəcəklər.

Qeyd edək ki, Valdas Trakis Azərbaycan Premyer Liqasında 12 matçda meydana çıxıb və üç qol vurub.