adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Aprel 2020 17:35
34112
ƏDƏBİYYAT
A- A+

Milli Kitabxana beynəlxalq onlayn forumda xidmətlərini təqdim edib

Aprelin 29-da Milli Kitabxanada MDB dövlətlərinin və digər xarici ölkələrin Milli Kitabxana direktorlarının iştirakı ilə "Karantin şəraitində mütaliə: kitabxanalar yeni formatda” mövzusunda Beynəlxalq Onlayn Kitabxana Forumu keçirilib.

Milli Kitabxanadan Adalet.az-a bildirilib ki, forumda Azərbaycan, Rusiya, Qazaxıstan, İtaliya, Malayziya, Fransa, Çin, Moldova, Bolqarıstan, Gürcüstan və digər ölkələrin Milli Kitabxana direktorları çıxış ediblər. Onlar koronavirus dövründə kitabxanaların fəaliyyətindən, həyata keçirilən layihələrdən danışıblar.

Onlayn forumda koronavirus dövründə yaranan problemlər müzakirə edilib, kitabxanaların bugünkü onlayn xidmətləri barədə çıxışlar dinlənilib.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov "Milli Kitabxanalar karantin dövründə: yeni şəraitdə yeni xidmətlər” mövzusunda çıxışında yeni onlayn xidmət formalarını nümayiş etdirib və rəqəmlərin dili ilə oxucuların fəallığının artmasından danışıb. Forum iştirakçılarını Milli Kitabxananın hazırladığı "Dissertasiyaların virtual elektron kitabxanası”, "Səsyazılarının və qrammofon vallarının elektron kitabxanası”, habelə elektron resursu olmayan materialların yerindəcə rəqəmsallaşdırılaraq PDF formatında sifarişçilərin elektron ünvanlarına göndərilməsi xüsusilə maraqlandırıb və bu barədə K.Tahirova çoxlu sayda suallar ünvanlanıb.