adalet.az header logo
  • Bakı 12°C
30 Aprel 2020 16:38
10023
GÜNDƏM
A- A+

Ədliyyə Nazirliyi: Borclu şəxs evdən çıxmadan aliment borcunu ödəyə biləcək

Karantin dövründə aliment kimi ödənişlərin ödənilməsi vacib məsələdir. Bu ödənişlərin gecikdirilməməsi üçün Ədliyyə Nazirliyi tərəfindən müvafiq işlər həyata keçirilib.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə onlayn brifinq zamanı bildirib.

A.Səmədzadə qeyd edib ki, bunun üçün elektron sistemin imkanlarından istifadə edilib:
"Ona görə də biz "ASAN ödəniş” və bir çox tətbiqlərdə bir çox borcların, o cümlədən alimentlərin ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün şərait yaratmışıq.

Vətəndaşlar evdən çıxmadan bütün ədliyyə xidmətlərindən istifadə edə bilərlər. Hər hansısa səbəbdən nəğdsiz ödəniş edə bilməyənlər respublika ərazisində yerləşdirilən 500-ə yaxın ödəniş terminalları vasitəsilə borcları ödəmək imkanı qazanır. Bununla yanaşı, bilirsiniz ki, aliment ödənişi və digər borcu ödəməyən şəxslərin ölkədən çıxmasına qadağa qoyulur. Bu müddət ərzində həmin şəxslər onlayn ödəmə vasitəsilə alimenti evindən ödəməklə ölkədən çıxmasına qoyuılan qadağanı götürülməsinə nail ola biləcək. Vətəndaş borcu ödəyən kimi biz dərhal bu barədə Dövlət Sərhəd Xidmətinə məlumat ötürəcəyik və şəxsin ölkədən çıxığına qoyulan qadağa götürüləcək"