adalet.az header logo
  • Bakı 7°C
30 Aprel 2020 15:05
33058
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: HEYİF Kİ...

Yorulmuşam kədəri
əynimdə daşımaqdan...
O da bezibdi məni -
çiynində daşımaqdan...

Biz , dil tapa bilmədən
bir ömürə şərikik...
Eyni naxış - ilmədən
Qoşalaşıb gəlirik...

Xəyallar dərd yuvasın
Zaman, zaman çöpləyib...
Büdrəsək də, dizimiz -
Hələ torpaq öpməyib...

...Yorğunluğu tər kimi
Təbəssümlə silmişəm...
Kədərin nazlandığın -
Heyif ki... gec bilmişəm!