adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 May 2020 09:40
13350
GÜNDƏM
A- A+

Rüstəm İbrahimbəyov Nicat Quliyev və Pərviz Həşimliyə bəraət istədi

Nicat Quliyev 2013-cü ildə Eldar Mahmudov tərəfindən həbs olunanda mən çox narahat oldum. Çünki, bu həbs saxta idi. Heç bir cinayəti olmadığı halda onu tutdular”.

Bu sözləri Gununsesi.org-aaçıqlamasında Azərbaycanın görkəmli ziyalılarından biriRüstəm İbrahimbəyovsabiq iqtisadi əlaqələr naziri Nicat Quliyevin prezident seçkiləri dövründə onunla "əlaqəsinə” görə həbs olunmasına münasibətində söyləyib.


Saytımıza açıqlamasında Rüstəm İbrahimbəyov bildirib ki, Nicat Quliyevlə şəxsi münasibətləri olub:"Bu münasibətlər hər hansı siyasi maraqlara söykənməyib. Onunla şəxsi dostluğumuz var. Danışıqlarımız da sırf şəxsi məsələlər barəsində olub. O, çox savadlı insandır. O dövrdə Eldar Mahmudov onu həbsə atmışdı. O, Azərbaycanın tarixi şəxsiyyətlərinin ailə üzvüdür. Bu, biabırçılıq idi. Sonradan məlum oldu ki, Eldar Mahmudov eyni silahlarla tanınmış jurnalist Pərviz Həşimlini də şərləyib. Hər iki prosesi izləyirdim, acıyırdım. O zaman mərhum vəkil Elton Quliyevə o silahların mənşəyinin müəyyən olunmasına köməklik etdim. Ali Məhkəmənin İlqar Məmmədovla bağlı qərarını eşitdim. Hesab edirəm ki, eyni bəraət hökmü Nicat Quliyev və Pərviz Həşimli barəsində verilməlidir. Mən hər iki işdən xəbərdaram. Çox gülünc, dövlət adına utanc gətirən hadisələr idi”.