adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Aprel 2020 12:03
14290
DÜNYA
A- A+

Əsirlər dəyişdirilə bilər

Ukraynalı politoloq Serqey Bıkov hesab edir ki, may bayramları ərəfəsində "Normand formatı" ( RF, Almaniya, Fransa, Ukrayna) danışıqları Donbasda atəşgah əldə olunması üçün mühüm əhəmiyyət daşıya biıər.

Ukrayna XİN-nin rəhbəri Dmitri Kuleba daha əvvəl bəyan etmişdi ki, 30 aprel tarixində tərəflər arasında videokonfrans keçirilməsi məsələsi razılaşdırılıb. Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarovada Serqey Lavrovunn konfrasda iştirak edəcəyini təsdiqləyib.

"Əsas diqqət əsirlərin dəyişdirilməsi istiqamətində aparılacaq. Ukrayna prezidentidə məhz bu məsələyə diqqət yetirilməsini vurğulayıb. Ona görədə hesab edirəm ki, bu danışıqların əsas məsələsi olacaq"-deyə Bıkov RİA Novostiyə bildirib.

Politoloqun sözlərinə görə danışıqlarda atəşkəs rejiminə riayət olunması da müzakirə olunacaq. Bununla yanaşı o, siyasi aspektdə, məntiqi olsada hansısa addımlar atılacağına inanmadığını bildirib.

Rüstəm HACIYEV