adalet.az header logo
  • Bakı 19°C
30 Aprel 2020 09:00
8675
GÜNDƏM
A- A+

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 66 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı 3 018 952 nəfərə çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 66 276 nəfər yeni koronavirusa yoluxub, 5 376 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 3 018 952 nəfərə, ölənlərin isə 207 973 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 1 406 899 yoluxma və 129 311 ölüm halı. Avropa regionunda sutka ərzində 21 750 yoluxma halı, 2 882 ölüm halı qeydə alınıb.

İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada aprelin 28-nə olan məlumatlara əsasən, yoluxanların sayı 1 213 088, ölənlərin sayı isə 62 404 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 176 928 yoluxma və 7 304 ölüm halı qeydə alınıb.