adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Aprel 2020 21:02
9287
GÜNDƏM
A- A+

Baş prokuror vəzifəsinə yeni namizədin təqdimatı Milli Məclisə daxil olub

"Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında" məsələ Milli Məclisə daxil olub.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.

Məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılaraq plenar iclasa tövsiyə olunub.

Qeyd edək ki, K.Əliyev Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviridir.

Xatırladaq ki, hazırda Baş Prokuror Zakir Qaralovdur.