adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Aprel 2020 22:20
15948
DÜNYA
A- A+

Qürbətdə həsrətdən ağladı, vətəndə sevincdən - VİDEO

Vətəninə qayıdan türkiyəli tələbə Seda Yavaş sevinc göz yaşlarına hakim ola bilməyib.

"Haber7” məlumat verir ki, S.Yavaş təhsil aldığı Hindistandan koronavirus pandemiyası səbəbindənTürkiyəyə qayıda bilmirdi.

Tələbə mart ayının əvvəlində özünün sosial şəbəkə hesabından Türkiyə rəsmilərinə müraciət edərək, Hindistanda qalmağın təhlükəli olduğunu bildirmiş və ağlayaraq səlahiyyətli şəxslərdən ölkəyə qayıtması üçün kömək istəmişdi.

Ötən gün vətəninə ayaq basan tələbə bu dəfə sevinc göz yaşları ilə ona ölkəyə qayıtmaqda kömək olan rəsmi şəxslərə minnətdarlıq edib.

Tələbənin müraciəti sosial şəbəkələrdə maraqla qarşılanıb, insanları kövrəldib.