adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Aprel 2020 21:00
15461
DÜNYA
A- A+

Tacikistanda soyadların ruslaşdırılması qadağan edildi

Bu gündən etibarən Tacikistanda soyad və ata adını yazarkən ruslaşmış "-ov/-ova” və "-viç /-ovna” şəkilçilərinin istifadəsi qadağandır. İstisna yalnız milli azlıqların nümayəndələri üçün edilib.

Bu barədə "Sputnik” xəbər yayıb.

Bildirilir ki, ölkə parlamentinin aprelin 28-də keçirilmişiclasında qəbul edilmiş qətnaməyə əsasən, Tacikistanın vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında qanununa müvafiq dəyişikliklər edilib.

Qanun müəllifləri bunun vətəndaşların özünüdərkini artırmaq və milli kimliyini qorumaq məqsədilə edildiyini bildirib.

Bundan sonra soyad sonluqlarına "-zoda” "-iyon”, "-purduxt” , "-i”, "-zod”, "-on”, "-yon” və sair milli sonluqlar artırılacaq.

O da vurğulanıb ki, yenilik hazırda soyadlarında "-ov/-ova” sonluğu ilə pasportu olanlara tətbiq edilmir.