İNSAN

İRADƏ TUNCAY
50025 | 2007-06-23 07:34

Kimsə lakeyin gözündə qəhrəman ola bilməz. Ona görə yox ki, qəhrəman Qəhrəman deyil. Ona görə ki, lakey elə lakeydi.
   
   Hegel.
   
  Ömrün hər hansı dövrünü yaşadıqca həmin səhifələri qatlayıb qoyursan bir qırağa. Tamam qapamaq olsaydı nə gözəl olardı. Dünənki gündən heç nəyi xatırlamazdın, heç nə ağrıtmazdı, heç nə üşütməzdi. Tam, dərin bir xoşbəxtlik duyğusu ilə sabah haqqında şirin xəyallara dalardın. Dünəni unutmusansa sabahı açmaq nə asan, nə rahat olacaq. Sabah - bütün şou proqramlara baxacam, SMS göndərəcəm... Sabah - dost-tanışdan, qohum-əqrəbadan ürəyim istədiyi qədər qeybət edəcəm.... Sabah - zəhləm gedən birisini o ki var tərifləyəcəm... Sabah...
   
   ... Alınmır. Yaddaşımı silə bilmirəm. Bəzən mənə elə gəlir ki, ömrüm bütün təfərrüatı, xırda detallarıyla yadımdadır. Bəzən də ayrı-ayrı fraqmentlər qabarır, seçilir. Unuda bilsəydim...
      
   
   ***
   
   
   Şer böyük romana, böyük filmə mövzu olacaq, fəlsəfi xətt olacaq hadisələri bir neçə misrada verə bilir. Şerin gücü də ondadır.

TƏQVİM / ARXİV