adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
29 Aprel 2020 15:07
46764
MARAQLI
A- A+

PENTAQON İNSANLARI DƏLİ ELƏMƏKDƏN ÖTRÜ ÖLÜR

Bəşəriyyət qalıb heç mikroskopla da çətinliklə görünən koronavirusun əlində əsəbləri pozulub, bilmirlər sabah nə olacaq. Bu basabasda Pentaqon da çoxlu videolar paylaşıb - uçan boşqablar, inoplanetlilərlə bağlı. Hələ bir tərəfdən də NASA bar-bar bağırır ki, İkar gəlir. İkarın nə olduğunu indiki nəsillər bilməz, 70-ci illərin söhbətidi. Yeri məhv edə biləcək bir meteorit idi. Gəlməyinə gəldi, amma Tanrı iki-üç mələyini göndərdi, onlar əllərini verdilər İkarın önünə, yönləndirdilər başqa qalaktikaya.

Ümumiyyətlə, dünyanın özündən müştəbeh dövlətləri insanları bir tərəfdən bombalarla qırır, bir tərəfdən koronavirusla, bir tərəfdən də quraşdırdıqları yalanlarla dəli edir.

Hər deyilən sözə inanmayın.

90-cı ildə bir xəbər yayıldı ki, Bakıda, Zərdabda, nə bilim harda uçan boşqablar görüblər , «Ədalət» qəzeti də təzə çıxırdı. Mən də yazdım ki: hamısı Sovet istehsalıdı, çünki hamısının içi boşdu. Və bu xəbərə görə bir töhmət aldım. Sovet hökuməti hələ vardı.