adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Aprel 2020 07:17
14087
GÜNDƏM
A- A+

Qorxmaz İbrahimli - 55

Su haqqında nə demək olar ? Su həyatdı, onsuz yaşamaq olmaz... Bəs hava ? Rəngi yox, gözlə görünmür - onsuz yaşamaq olmur...

Belə insanlar da var həyatımızda - çalışsan da xarakterizə etməkdə çətinlik yaranacaq... Bircə kəlmə - onsuz olmur... Hətta lap yaxın qohumların içində də seçdiklərin var mütləq. Xala, dayı, əmi, bibi uşaqlarının içində kimsə seçilir (vəzifəsinə görə demirəm. Qəlbən yaxın olanları deyirəm. Yoxsa lap yaxın qohumum var, həmişə böyük işlərdə işləyib - zəndeyi zəhləm gedib həmişə. Lap uşaqlıqdan)

Qorxmaz kiçik əmimin böyük oğludu... Yaşda məndən kiçikdi, amma əziyyətləri böyük olub. Qorxmazı tanıyanlar bilir bunu, amma həmişə dik qala bilib. Əyilməzlik İbrahimovlara xas bir keyfiyyətdi. Qorxmazın da payına artıq düşüb. Həyatın başqa nemətlərindən fərqli olaraq...

2011-ci ildə gedib kəndimizə çıxmışdım... Əmimin boş evini görüb ağladım... Kimsə xəbər vermişdi ki Qorxmaza mən kənddəyəm. Telefonum başladı dağılmağa zənglərindən. Cavab vermək istəmirdim ağlaya-ağlaya. Axırda məcbur oldum düyməni basdım cavab üçün ...

- Uşaq vaxtı biləndə ki, sən kəndə gələcəksən elə xoşbəxt olurdum ki... - dedi. O vaxt belə asan idi xoşbəxt olmaq...

Amma əsas odu ki, sənsiz olmur ....Ol!!!!!!!!!!!!!!!!!

İradə TUNCAY