adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Aprel 2020 08:22
27209
ŞOU-BİZNES
A- A+

Toy müğənnilərindən toy sahiblərinə: “Karantində olan-qalan pulunu da xərcləyib...”

Karantin dövrü hamımıza maddi cəhətdən öz zərbəsini vurdu. Xüsusən şou-biznes nümayəndələri qazanclarından geri qaldılar. Bəli, toy və el şənliklərinin ləğv edilməsi, bir sıra sahələr kimi müğənnilərin də "bazar"ını vurdu. Deyilənlərə görə, bəzi müğənnilərin yeni mövsüm üçün toy qiymətlərini qaldırdıqlar planları var. Daha doğrusu artıq”dedi-qodu” su da yayılıb. Ölkədə karantin rejimini bitdikdən sonra yenə toy mövsümü öz çal-çağırı ilə geri dönəcəksə, qiymətlər qalxacaqmı, düşünən toy sahiblərinə yaxşı xəbərlərimiz var.

Məsələn , müsahibələrinin birində müğənni Nura Suri:"Karantindən sonra toy qiymətlərimdə endirim edəcəyəm” –deyə açıqlama vermişdi.

Sonra isə onun həmkarı müğənni Mətanət Əsədova da toy qiymətləri haqqında öz planlarından danışdı: "Təki hər zaman toy olsun. Qaldı ki, müğənnilərin toy qiymətinin bahalaşmasına, bu, hər kəsin şəxsi işidir, ona hər kəs özü qərar verəcək. Kim istəsə, qiymətdə dəyişiklik edib bahalaşdıracaq. Öz adıma deyə bilərəm ki, yaxın gələcəkdə belə bir fikrim yoxdur".



Yadımızdan çıxmamış məşhur prodüser Təranə Səmədovanın Nura xanımın "toy qiymətlərimdə endirim edəcəyəm” açıqlamasına müzakirələrə səbəb olacaq şərhini sizə çatdıraq:

"Nuranın fikrinə hörmətlə yanaşıram. Bu, onun subyektiv fikridir. Nura qiyməti endirirsə, bu, onun şəxsi işidir. Ammavallah, elə müğənni tanıyıram ki, fəxri adı olmasa da, toylarda qaz vurub, qazan doldurur. İyul ayında toy olacaq, ora həmin müğənnini çağırmaq istəyirlər. Zəng vurub, qiymətini öyrəndim. Söylədi ki, karantindən sonra toy qiymətini qaldırıb. İnanın, eşidəndə çox təəccübləndim. Axı, indi o zaman deyil”.



Baxaq, başqaları nə düşünür?

Son günlərin qalmaqaldan başı səngiməyən müğənnisi Manaf Ağayev də deyib ki, xalqımızın maddi vəziyyətinin yaxşı olmadığı bir zamanda heç bir müğənni qiymət qaldırmaz. Əksinə, toy qiymətlərində endirim olmalıdır.


Manafın həmkarlarından Nadir Qafarzadə, Əməkdar artist, xanəndə Elnarə Abdullayeva, Əməkdar artist Nüşabə Ələsgərli qiymətlərdə artım olmayacağını vurğulayıblar. Amma endirim olacağını heç dillərinə də gətirməyiblər. Amma zənnimizcə, bütün qiymət qaldıranlar və endirim etməyənlər müğənni Tacir Şahmalıoğlundan örnək götürsələr yaxşı olar. Sevilən müğənni mediaya belə bir acıqlama verib: "Əhali karantində olan-qalan pulunu da xərcləyib bitirib. Camaatın imkanına görə də hərəkət etmək lazımdır. Mən hər zaman xalqımın, millətimin imkanına görə hərəkət etmişəm. Bəlkə də, bu, məndə Allah vergisidir. Mən insana baxan kimi bilirəm ki, hansı gücə, imkana malikdir. Əgər bir insanın gücü 5 manat verməyə çatırsa, ondan 10 manat istəməyin mənası yoxdur. Bəzi müğənnilər var ki, məndən yüksək qiymətə toya gedirlər, ancaq mənim ayağımın bildiyini onların başı bilmir".

Bütün çatışmamazlıqlara -qiymət atrımına, karantinə, virusa baxmayaraq, təki həmişə toy olsun! 

Əntiqə Rəşid