adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
29 Aprel 2020 09:55
33361
KRİMİNAL
A- A+

Karantin rejimini pozan Bakı sakininin evində qumarxana aşkarlandı

Bakıda evində qumarxana təşkil edən şəxs saxlanılıb.

Hadisə paytaxtın Yasamal rayonunda baş verib. Yasamal rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ə.Salamzadə küçəsində yaşayan, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü T. Rüstəmovun evində qumarxana aşkarlanıb. T.Rüstəmov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.