adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Aprel 2020 09:49
14221
DÜNYA
A- A+

Koronavirus böhranından qazanclı çıxan üç ölkə

Koronavirusla mübarizədə qalib gələn və iqtisadiyyatları aktivləşən Avstraliya, Yeni Zelandiya və Cənubi Koreyanın valyutalarının dəyərində artım müşahidə edilib.

CNBC-nin hesabatına görə, Avstraliya, Yeni Zelandiya və Cənubi Koreyanın COVID-19 pandemiyasınatab gətirməsi onlara iqtisadiyyatlarını bərpa etməyə və bizneslərinə yenidən başlamağa imkan verib.

Bunun investorlar üçün daha əlverişli olması pul vahidlərinə təsir edib. Bu üç ölkənin iqtisadiyyatının bərpasındaəsas ticarət tərəfdaşlarından biri olan Çinin məhdudiyyətləriaradan qaldırması da mühüm rol oynayıb.

Qeyd edək ki, koronavirusa yoluxma halıAvstraliyada 6738, Yeni Zelandiyada 1474 və Cənubi Koreyada 10 761 nəfərdə müşahidə edilib.