adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Aprel 2020 23:00
37574
KRİMİNAL
A- A+

Abşeronda “Həkim” övladını müayinəyə apardığı ambulatoriyanı soydu - VİDEO

Abşeronda "Həkim” ləqəbli oğru ələ keçirilib.

Oxu.Azxəbər verir ki, Mehdiabad Polis Bölməsinə Abşeron rayon Digah qəsəbəsində həkim ambulatoriyasından oğurluq edilməsinə dair məlumat daxil olub.

Hadisənin üstü isti izlərlə açılıb və aparılmış araşdırma zamanı məlum olub ki, oğurluğu elə Digah qəsəbə sakini 30 yaşlı Kazım Cavadov törədib.

Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Bildirib ki, o, övladlarını müayinə etdirmək üçün həmin ambulatoriyaya tez-tez gəlirmiş.

K.Cavadov xüsusi alət və avadanlıqdan istifadə etməklə içəri ön pəncərədən daxil olub. Ordan bir ədəd noutbuk, içərisində lazımisənədlər olan fləşkart, hərarət, şəkər və təzyiq ölçən aparatlar, müxtəlif dərman preparatları, spirt, çoxsaylı inyeksiya, həmçinin, digər tibbi ləvazimatlar götürüb.

Əvvəllər də eyni maddə ilə bir dəfə məhkumluq həyatı yaşayan Kazım Cavadov bütün bunları özünəməxsus şəkildə izah etməyə çalışıb. O, hətta özünə "Həkim” ləqəbi də verib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.