adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Aprel 2020 21:19
18085
İDMAN
A- A+

21-ci əsrin ən yaxşı futbolçuları - Siyahı

Besoccer portalı ProFootballDB ilə birlikdə XXI əsrin ən yaxşı futbolçularının reytinqini təqdim edib.

Qol.az xəbər verir ki, siyahı tərtib edilənrkən futbolçuların oyuna təsiri, qol və qol ötürmələri, rəqiblərin və turnirlərin səviyyəsini nəzərə alan ELO sistemindən istifadə olunub.

Birinci yerdə maksimum 100 xalla "Barselona"nın hücumçusu Lionel Messi qərarlaşıb. "Yuventus"un oyunçusu Kriştiano Ronaldo da maksimum xal toplayıb, amma statistikada argentinalı hücumçudan geridə qalıb. İlk üçlüyü "Arsenal" və "Barselona"nın sabiq oyunçusu Tyerri Anri bağlayıb.

"TOP-10"

1. Lionel Messi (100)
2. Kriştiano Ronaldo (100)
3. Tyerri Anri (98)
4. Luis Suares (97)
5. Zlatan İbrahimoviç (97)
6. Harri Keyn (97)
7. Məhəmməd Salah (97)
8. Neymar (96)
9. Robert Levandovski (96)
10. Radamel Falkao (95)