adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Aprel 2020 21:00
10001
GÜNDƏM
A- A+

Hesablama Palatası pozuntuların baş verdiyi əsas sahələri açıqlayıb

Ötən il Hesablama Palatası 561 nöqsan müəyyən edib.

Trend-in məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

V.Gülməmmədov bildirib ki, əsas pozuntular büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları sahələrində baş verib. Onun sözlərinə görə, mühasibat uçotu və hesabatlılıqla bağlı pozuntular da üstünlük təşkil edib.

V.Gülməmmədov deputatlara həyata keçirilmiş nəzarət tədbirləri, müxtəlif büdcə və hesablara bərpa edilmiş vəsaitlər, nöqsanlara yol vermiş vəzifəli şəxslərə tətbiq edilən inzibati tənbeh tədbirləri, səmərəlilik auditləri nəticəsində aşkar olunmuş səmərəsiz xərclər və s. barədə də məlumat verib.

Palata sədri əlavə edib ki, 2019-cu ildə 47 audit və 6 analitik fəaliyyət həyata keçirilib: "İlk dəfə olaraq 4 səmərəlilik auditi aparılıb. Hesabatda 43 maliyyə və uyğunluq auditinin nəticələri icmallaşdırılıb, yol verilən pozuntular təsnifləşdirilib”.