adalet.az header logo
  • Bakı 19°C
28 Aprel 2020 20:36
41031
MARAQLI
A- A+

Britaniya sakini əfsanəvi varlığın şəklini çəkdiyini iddia edir - VİDEO

Böyük Britaniya sakini iddia edib ki, mobil telefonu ilə Lox-Ness gölü bədheybətini lentə alıb.

Xəbəri "Daily Mail” agentliyi yayıb.

55 yaşlı britaniyalı bildirir ki, "su yırtıcısı”nı Urkvart körfəzində müşahidə edib.

Yerli sakinin sözlərinə görə, nəhəng varlığın uzunluğu təxminən doqquz metr olub.

Məlumat üçün qeyd edək ki, Lox-Ness gölü bədheybəti Şotlandiyanın eyniadlı su hövzəsində yaşadığı iddia edilən əfsanəvi məxluqdur. Fəqət elm adamları "Nessi”nin, həqiqətən, mövcud olduğuna inanmırlar.