adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Aprel 2020 19:48
15839
DÜNYA
A- A+

Tramp pandemiya ilə əlaqədar Çindən təzminat tələb etməyə hazırlaşır

ABŞ Prezidenti Donald Tramp Almaniya nümunəsindən istifadə edərək, Çindən koronavirus pandemiyası ilə əlaqədar təzminat tələb edə bilər.

Gazeta.ru-nun məlumatına görə, dövlət başçısı bununla bağlı fikirləriAğ Evdəkeçirilən mətbuat konfransında səsləndirib.

O bildirib ki, Çini məsuliyyətə cəlb etmək məsələsini Almaniyadan daha asan "həll etmək” olar.

Trampın fikrincə, Birləşmiş Ştatlar vəziyyətin qiymətləndirilməsini həyata keçirir və təzminat məsələsində Almaniyanın tələbindən qat-qat artıqvəsait nəzərdə tutulub.

Qeyd edək ki, Almaniya pandemiya ilə əlaqədar Çindən 130 milyard avro təzminat tələb edib.