adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Aprel 2020 19:11
16314
SİYASƏT
A- A+

Özbəkistanın Avrasiya İqtisadi Birliyində müşahidəçi qismində iştirakı təsdiqləndi

Aşağı Palata Özbəkistanın Avrasiya İqtisadi Birlikdə müşahidəçi qismində iştirakını təsdiqləyib.

Bu barədə "Sputnik Özbəkistan” xəbər yayıb.

Bildirilir ki, Ali Məclisin Qanunvericilik palatasının iclasında Özbəkistanın Avrasiya İqtisadi Birliyinə (EAEU) müşahidəçi dövlət kimi daxil olması məsələsinə baxılıb.

Səsvermənin nəticələrini palata sədrinin müavini, "Milli Tiklanış” Demokratik Partiyası fraksiyasının rəhbəri Əlişir Kadirov "Telegram” kanalında yayıb.

Məlumata görə, 132 deputatdan 86-sıtəklifi dəstəkləyib, 32-si əleyhinə səs verib, 14-ü bitərəf qalıb.

Xatırladaq ki, Özbəkistan hökuməti martın əvvəlində Ali Məclisin hər iki palatasına ölkənin Avrasiya İqtisadi Birliyində müşahidəçi qismində iştirakı ilə bağlı təklif təqdim etmək niyyətində olduğunu bildirmişdi.

Bir ay sonra "Adolat” Sosial Demokrat Partiyasının üzvləri Özbəkistanın Avrasiya İqtisadi Birliyinə tam üzvlüyünün mümkün nəticələrini təhlil edərək respublika üçün müşahidəçi statusunun hələ ki, ən məqbul variant olduğu qənaətinə gəliblər.