adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Aprel 2020 08:08
62203
ŞOU-BİZNES
A- A+

Hindistanın fəxri Amir Xan: Əsl müsəlman, əsl Hacı

Hindistanın sevilən aktyoru, məşhur Bollivud ulduzu Amir Xanı çoxunuz tanıyırsınız. "AAMİR KHAN PRODUCTİON”adlı şirkəti var. Hindistanın ən çox qazanan aktyorudur. Ləqəbi Mr.Perfectionist (mükəmməliyyətçi) – dir.

1965-ci il 14 Mart da HindistanınBombeyşəhərinin Bombey Bandra Holy ailə xəstəxanasında, müsəlman ailəsində dünyaya gəlib. Əsil adı Əmir Hüseyn Xandır. Atası Tahir Hüseyn Xan, anası Zinət Xandır. Qardaşları Fazil və Heydər Əli Xan, bacıları isə Nikat və Fərhad Xan dır.

Əmir Xanın ilk filmi 8 yaşında çəkildiyi, əmisi Nəsir Hüseyn Xanın filmi olan "Yaadon ki Barat" (1973) olub. 1985 ci ildə çəkildiyi "Holy" filmi aktyorun ilk təcrübəli (prafisional) filmi olmuşdur. 1988-ci ildə Cuhi Caşla ilə çəkildiyi "QAYAMAT SE QAYAMAT TAK" filmi boyük marağa və diqqətə səbəb olub. İldə sadəcə bir filmə çəkilməyə üstünlük verən aktyor indiyə qədər 47 filmdə baş rolda çəkilib. "Andaz apna apna", "Baazi", "Raja Hindustani", "Ghulam" ,"Mann" , "Sarfarosh", "Dil Chata Hai", "Mangal Pandey", "Rang de Basanti", "Fanaa" "Talaash" kimi böyük səs gətirən filmləri var. Çəkildiyi bir çox filmlər İMDB –də 8 dən yuxarı xal almışdır.

2001-ci ildə prodüserliyini etdiyi və çəkildiyi "LAGAAN" filmi Oscar mükafatına namizəd olub. Dünyanın 10 müxtəlif ölkəsindən mükafatlar alıb. BBC - nin ölməzdən əvvəl görülməsi lazım olan 50 film siyahısına daxil olub.

2007- ci ildə rejissorluğunu və prodüserliyini etdiyi eyni zamanda özünün də çəkildiyi "TAARE ZAMEEN PAR" (Yedəki ulduzlar) filmi dünyanın bir çox ölkəsində izlənilmiş, böyük təqdirə layiq görülmüşdür.



2008-ci ildə çəkildiyi "GHAJİNİ" filmi Hindistanda o vaxta qədər çəkilən bütün filmlərin rekordunu alt üst edib (135.000.000.00 rp). 2009-cu ildə çəkildiyi "3 İDİOTS" (3 Səfeh) filmi "GHAJİNİ"nin rekordunu keçmişdir (200.000.000.00 rp). Bu film dünyanın bir çox ölkəsində hətta universitetlərdə də izlənmişdir. Beləliklə də Hindistanda 2 dəfə belə yüksək rekorda sahib yeganə aktyor Əmir Hüseyn Xan olmuşdur.

"Mükafat mərasimlərində gerçək aktyorluğa yox, filmin kassa gəlirlərinə əhəmiyyət verildiyini" söyləyərək Əmir Xan heç bir mükafat mərasimində iştirak etmir.

Yeri gəlmişkən, aktyor 1986-cı ildə Reena Dutta adlı xanımla ailə qurub. Bu ailəsindən Junaid (Cuneyd) adında oğlu, İra adında qızı var. Lakin 2002 ci ildə cütlük ailə həyatına son qoyub. 2-ci ailə həyatını isə 2005-ci il 28 Dekabrda ssenarist və prodüser olan Kiran Rao ilə qurub. Bu ailəsindən də Azad (5 dekabr 2011) adında bir oğlu var. 2012 ci ildə anasına verdiyi sözü tutaraq birlikdə Həccə gediblər.

Bir kiloqram un yardımı və 15 000 rupi…

Adalet.az xəbər verir ki, Amir Xan imanlı bir müsəlman kimi hazırda dünyada analoqu olmayan bir hərəkəti ilə özünü yaddaşlara yazdırdı. O

unun içərisində pul gizlədərək, vətəndaşlara yardım edib.

Amir Xan çətin vəziyyətdə olan vətəndaşlara hərəyə birkiloqram un paylayacağını deyib.

Həqiqətən, ehtiyacı olan vətəndaşlar Xanın payladığı yardımı alıblar və hər bağlamanın içərisinə 15 000 rupi (333 AZN) qoyulduğunu görüblər.

Məşhur hind aktyorunun yardımının cəmi birkiloqram undan ibarət olduğunu öyrənən adamların çoxu bu yardımı almağa gəlməyib. Yalnız bu yardıma, həqiqətən, ehtiyacı olanlar A.Xana müraciət ediblər.

Bir müsəlmanın edə biləcəyi ən gözəl hərəkət!

Əntiqə Rəşid