adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Aprel 2020 12:54
15399
DÜNYA
A- A+

SAYIN ƏRDOĞAN ABŞ-I UTANDIRDI

Koronavirusun mərkəzinə çevrilən ABŞ-da xəstəliyə yoluxanların sayı milyonu, ölənlərin sayısa 58 mini keçib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a yardım göndərəcəyik açıqlaması gündəm olub.

"Biz özümüzü təmin etməkdən əlavə dostlarımıza da kömək edəcək gücdəyik. Indiyə kimi 55 ölkəyə kömək etdik. Son olaraqsa ABŞ-a maska, dezinfeksiya edici vasitələr, N95 maskaları və digər tibbi ləvazimatları sabah göndərəcəyik.”-deyə Ərdoğan bildirib.

Bu yardımlar arasında 500 min cərrahiyyə maskası, 4 min qoruyucu önlük, 1500 qoruyucu gözlük, 400 ədəd N95 maskası, 2 min litr dezinfeksiya edici ləvazimat var.

Bu açıqlamadan sonra ABŞ-ın CNN kanalı bu xəbəri özünün manşetinə çevirib.

Emin