UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Distant ali təhsil: Yeni imkanlar və müasir çağırışlar”
Universitetdən Adalet.az-a verilən məlumata görə, forumun moderatoru UNEC-in rektoru, professor Ədalət Muradov olacaq. Almaniya, Türkiyə, Kanada, İngiltərə və ABŞ-da yaşayan azərbaycanlı alimlərin bir platformada toplaşdığı onlayn forum azərbaycan dilində aparılacaq. Dünyanın aparıcı ali təhsil müəssisələrində fəaliyyət göstərən azərbaycanlı alimlərimiz distant təhsillə bağlı öz dəyərli mülahizələrini forumda bölüşəcəklər.
Distant ali təhsillə maraqlanan hər bir şəxs Forumda iştirak edə bilər.
Onlayn forumu UNEC-in rəsmi Facebook (facebook.com/uneceduaz) səhifəsindən, Youtube (youtube.com/unecofficial) kanalından və unec.edu.az saytından canlı izləmək və suallar ünvanlamaq mümkün olacaq.
Prof. İsmixan Bayramoğlu, İzmir İqtisad Universiteti, Türkiyə - "Distant ali təhsil modelində keyfiyyət və texnoloji infrastrukturun əhəmiyyəti haqqında”.
Prof. İlham Axundov, Vaterlo Universiteti, Kanada- "Distant ali təhsilin yaratdığı üstünlüklər və problemlər”.
Prof. Nigar Həşimzadə, Durham Universiteti, Birləşmiş Krallıq- "Onlayn tədris: Birləşmiş Krallıq Açıq Universitetinin təcrübəsi əsasında”.
PhD. Abbas Abbasov, Kolumbiya Universiteti, ABŞ – "Distant ali təhsilin təşkili və keyfiyyətinin ölçülməsi”.