adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Aprel 2020 11:15
14240
SİYASƏT
A- A+

Ukrayna XİN qondarma “erməni soyqırımı”nı tanımaqdan imtina edib

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Osmanlı imperiyasında 1915-ci ildə baş vermiş hadisələri "erməni soyqırımı” kimi tanımaqdan imtina edib.

Trend-in məlumatına görə, bu barədə nazirliyin dövlət qurumlarına göndərdiyi sənəddə deyilir.

Ukrayna XİN bildirib ki, 1915-ci il hadisələrinin tanınması və qeyd olunması Ukraynanın strateji tərəfdaşı Türkiyə üçün həssas məsələdir və bu mövzu Ermənistan və Türkiyə tərəfindən obyektiv tədqiq olunmalıdır:

"Rəsmi səviyyədə anım mərasimlərində iştirak etməməyi, eləcə də "erməni xalqının soyqırımı” və ya "erməni soyqırım” terminlərini istifadə etməməyi xahiş edirik”.