adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Aprel 2020 10:25
38547
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: GÖZLƏRİNİN ŞEİRİ

Gözlərin müqəddəs kitab
Vərəqləmək günahdı...
O . gözlərdəki xitab -
Bir ömürlük səvabdı...

Kiprikləri arala
Bu kitabı oxuyum...
Ordakı fikirləri-
Ürəyimə toxuyum...

Xumarlanıb bu andan
Yeri, göyü unudum...
Pıçıltın Cənnət mehi-
Mənə düşsün bir udum!..

Gözlərinə nur olmaq
Gücümdən düşüm yerə...
Desən, seç köçüb getmək -
Gedim.... gözlərə görə!..