adalet.az header logo
  • Bakı 16°C
27 Aprel 2020 22:00
43998
MARAQLI
A- A+

Sakinlər eyvanda musiqi səsləndirdi, növbədə olan polislər rəqs etdi - VİDEO

Sakinlər eyvandamusiqi ifa etdilər, patruldaolan polislər qol götürüb oynadılar.

"Hurriyet”in məlumatına görə, maraqlı görüntülər Türkiyənin Antalya şəhərində qeydə alınıb.

Bildirilir ki, evdən çıxmağın qadağan olunduğu karantin günlərində şəhər sakinlərindən birieyvanından "Güverçin uçuverdi” mahnısını ifa edib. Həmin vaxtərazidən keçən polis patrul xidmətinin əməkdaşları gözlənilmədən avtomobildən düşərək rəqs etməyə başlayıblar.

Qeyd edək ki, ötən həftənin cümə axşamı günündən koronavirus epidemiyasına qarşı tədbirlər çərçivəsində Türkiyədə dörd günlük küçəyə çıxma yasağı tətbiq edilmişdi.