adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Aprel 2020 20:07
11680
GÜNDƏM
A- A+

SOCAR Gürcüstanda sosial təminatsız ailələrə ərzaq yardımına başlayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi "SOCAR Energy Georgia” şirkəti ölkədə ərzaq yardımı kampaniyasına başlayıb.

Reportxəbər verir ki, yardımın ilk hissəsi Şida Kartli bölgəsinə çatdırılıb.

"SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov ərzaq qutularını bölgə qubernatoru Giorgi Xocevanişviliyə təhvil verib.

Şirkətdən bildirilib ki, ölkədə elan olunan fövqəladə vəziyyət sosial təminatsız ailələrə və gündəlik gəlirdən məhrum olan insanlara xüsusən ağır zərbə vurub. İlkin tələbat ərzaq məhsulları məhz həmin vətəndaşlara paylanılacaq.

Kampaniya 1000 ailəni əhatə edəcək. Yardım İmereti və azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsinə də təqdim olunacaq. Qida məhsullarının ümumi dəyəri 100 min lari (53 min AZN - red.) təşkil edir.

Bu kampaniya "SOCAR Energy Georgia” şirkətinin Gürcüstanda həyata keçirdiyi ilk dəstək aksiyası deyil. Belə ki, şirkət koronavirusla mübarizəyə dəstək məqsədilə yaradılan "StopCov” fonduna 200 min lari (106 min AZN -red.) məbləğində ianə edib.

Bununla yanaşı, şirkət əməkdaşlarının sağlamlığının qayğısına qalır. Onların əksəriyyəti distant iş formasına keçib. Şirkətin obyektlərində Gürcüstan hökuməti, Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin tövsiyə etdiyi təhlükəsizliyin bütün standartlarına riayət olunur.